SOSIAL ÖZ XƏBƏR

Qubada “Aynur Hotel”də müştəri narazılığı + "Su yox idi, səhər yeməyindən məhrum etdilər”

Qubada yerləşən “Aynur Hotel” narazılığa səbəb olub.

32gun.az xəbər verir ki, Ülfət İsmayılov adlı şəxsin  bildirdiyinə görə, oteldə qaldığı müddətdə otaqda gecədən su problemi olub. Bu səbəbdən səhər yeməyinə 15 dəqiqə gecikdiklərini, amma buna görə yemək verilmədiyini qeyd edib.

Şikayətçinin sözlərinə görə, administratora vəziyyəti izah etmək mümkün olmayıb:
“Əl-üzümü yumamış necə səhər yeməyi yeyə bilərdim? Administrator isə dedi ki, birtəhər su tapıb yuyardınız. Xidmət çox aşağı səviyyədədir, özlərində olan problemi aradan qaldırmırlar. Pulunuz da heyifdir, əsəbləriniz də.”

Şikayət sosial şəbəkədə müzakirələrə səbəb olub.

Ayaz

Oxşar Xəbərlər