SOSIAL ÖZ XƏBƏR

Gəncədə “Forte Kids”də qiymət QALMAQALI / Valideyn narazıdır

Nərmin adlı xanım sosial şəbəkədə Gəncədə yerləşən “Forte Kids” mağazası ilə bağlı narazılığını paylaşıb.

32gun.az xəbər verir ki, onun sözlərinə görə, mağazada satılan şalvarın etiketində əvvəl 24.90 manat qiymət üzərində xətt çəkilərək 12.90 manat yazılıb. Nərmin malı bu qiymətə alaraq evə gətirdikdə isə öyrənib ki, əsl qiymət 24.90 manatdır.

Valideyn bu vəziyyəti belə şərh edib:
“Sadəcə deyirəm, ayıb olsun, insanları aldadırsınız. Cibinə girirsiniz.”

Nərmin məsələni mağaza rəhbərliyi ilə həll etməyə çalışıb, lakin şikayətçi vəziyyətdən narazılığını ifadə edib.

Nilay 

Oxşar Xəbərlər