İDMAN ÖZ XƏBƏR

“Karpin əslində 56 yaşında olsa da, 30 yaşlı kimi görünür”

 Moskva “Dinamo”sunun braziliyalı yarımmüdafiəçisi Bitello komandanın baş məşqçisi Valeriy Karpinin fiziki vəziyyətini yüksək qiymətləndirib.

32gun.az xəbər verir ki, bu barədə Legalbet xəbər yayıb.

Bitello bildirib:

“Futbolçular haqqında tez-tez deyirlər ki, müəyyən yaş dövründə formanın zirvəsindəsən. Adətən bu 28-30 yaş arasıdır. Bizim məşqçimiz indi elə zirvədədir. Mən deyərdim ki, Karpin 56 yaşında olsa da, 30 yaşlı kimi görünür.”

Valeriy Karpin 2025-ci ilin yayından “Dinamo”nu çalışdırır.

11 sentyabrda Bitello “Dinamo” ilə müqaviləsini uzadıb. 25 yaşlı futbolçu ilə yeni müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub. Bitello 2023-cü ildə Braziliyanın “Gremio” klubundan Moskva komandası ilə birləşib. Keçən mövsüm o, bütün turnirlərdə 35 oyunda iştirak edib, 3 qol vurub və 13 məhsuldar ötürmə edib.

Hazırkı mövsümdə Karpin rəhbərliyində “Dinamo” 7 turdan sonra 8 xal toplayaraq turnir cədvəlində 9-cu yerdə qərarlaşıb. 13 sentyabrda keçiriləcək səkkizinci turda isə komandamız paytaxt derbisində Moskva “Spartak”ını qəbul edəcək. Oyun Moskva vaxtı ilə saat 16:45-də başlayacaq.

Ayaz 

Oxşar Xəbərlər