“4 Fəsil Travel” tur şirkətindən narazılıq – Müştəri aldandıqlarını bildirir
Şəlalə Şabanova adlı vətəndaş “4fəsiltravel” tur şirkətindən şikayət edib.
32gun.az xəbər verir ki, onun sözlərinə görə, bir həftə əvvəl üç nəfərlik Şuşa turu üçün ödəniş edərək qeydiyyatdan keçiblər. Lakin yola çıxma vaxtı xoşagəlməz vəziyyətlə üzləşiblər:
“48 sərnişini avtobusa yerləşdirib bizə bildirdilər ki, sizin adınız siyahıda yoxdur. ‘Gedin, gələn həftə gələrsiz’ – dedilər. Etiraz etdikdə bizi əvvəl bələdçiyə, sonra satış menecerinə, daha sonra isə rəhbər deyilən Osman bəyə yönləndirdilər. Sonda bizə verilən sual belə oldu: ‘Taksiyə nə qədər pul vermisiz?’” – deyə Şabanova bildirib.
Şikayətçi qeyd edir ki, bu hal ilk dəfə deyil. Sürücü onların özlərinə bildirib ki, əvvəlki turlarda da bənzər hadisə yaşanıb və hətta Kürdəmirdən gələn yaşlı iki nəfər də avtobusa buraxılmayaraq geri qaytarılıb.
Şabanova iddia edir ki, şirkət 48 nəfərlik avtobus üçün artıq müştəri qeydiyyata alaraq riskləri öz üzərindən atmağa çalışır:
“Belə məsuliyyətsiz işçi heyəti ilə təşkil olunan turdan yararlanmayın. Biz aldandıq, siz aldanmayın. Bu, RƏZİLLİKDİR!”
Ayaz