Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ölkənin turizm potensialının tanıdılması məqsədilə beynəlxalq media ilə əməkdaşlığa başlayır.
32gun.az xəbər verir ki, qurum “Conde Nast Traveller Middle East” şirkəti ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Azərbaycanın turizm imkanlarının geniş şəkildə işıqlandırılması üçün reklam xarakterli məqalələr hazırlanaraq “Conde Nast Traveller Middle East” platformasında dərc olunacaq.
Layihənin dəyəri 26.248 AZN təşkil edir.
Ayaz