Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərdə şəhidlərin və qazilərin adlarına verilmiş 260 ədəd küçə lövhəsinin satın alınması üzrə elan etdiyi tenderi ləğv edib.
32gun.az xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb kimi satınalmada iştirak edən və tələb olunan lisenziya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olması göstərilib. Bu əsasla, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq müsabiqə ləğv edilib.
Layihənin ehtimal olunan dəyəri 12.854,92 AZN təşkil edirdi.
Ayaz