SOSIAL ÖZ XƏBƏR

Qaxda prospekt və parkların işıqlandırılacaq - 52 min manata

Qax Rayon İcra Hakimiyyəti Başçısının Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2025-ci ildə şəhərin prospekt və parklarının işıqlandırılması məqsədilə mal-materialların, bayraqların və posterlərin satın alınması üçün tender elan edib.

32gun.az xəbər verir ki, tender çərçivəsində müxtəlif tipli lampalar və avadanlıqlar alınacaq. Onlara közərmə lampalar (300 Vt) 80 ədəd, şar formasında LED lampalar 15 Vt 300 ədəd, 12 Vt 300 ədəd, 10 Vt 400 ədəd və 7 Vt 200 ədəd, silindir formasında LED lampalar 55 Vt 300 ədəd, 40 Vt 100 ədəd, 35 Vt 200 ədəd və 30 Vt 150 ədəd, həmçinin avtomatlar 25 A 10 ədəd, 40 A 2 ədəd, 50 A 6 ədəd, 63 A 20 ədəd, 63 A (3 faza) 4 ədəd və 100 A (3 faza) 2 ədəddir.

Tenderin ehtimal olunan dəyəri 52.005,90 AZN təşkil edir.

Ayaz 

Oxşar Xəbərlər