TikTok-da “cinayətkar romantizmi”: Bəzi gənclərdə təhlükəli cinsi meylin artması müşahidə olunur
Böyük Britaniyanın Xaddersfild Universitetinin alimləri müəyyən ediblər ki, cinayətkarları romantizə edən videoların izlənməsi və bəyənilməsi bəzi istifadəçilərdə gibristofiliya — cinayət törətmiş şəxslərə qarşı cinsi maraq — riskini artırır.
32gun.az xəbər verir ki, tədqiqat nəticələri Deviant Behavior jurnalında dərc olunub.
Alimlər 2020-2024-cü illərdə TikTok-da yayımlanan 66 videonu və 91 şərhi analiz ediblər. Araşdırmaya yalnız cinayətkarları müsbət işıqlandıran kontent daxil edilib, tənqidi və ya maarifləndirici videolar istisna edilib.
Tədqiqat zamanı yeddi əsas motiv müəyyən edilib. Onlardan biri “aura effekti”dir: cinayətkarın xarici görünüşü onun əməllərinin qavranılmasını dəyişdirir. Şərhlərdə istifadəçilər tez-tez cəzaları yüngülləşdirir və ya cinayətləri haqq qazandırırdılar, əgər şəxs cazibədar görünürdüsə.
Digər motiv isə “aktyordan cinayətkara keçid”dir: məşhur cinayətkar rolunu oynayan aktyorların (məsələn, Ted Bandini canlandıran Zak Efron və ya Jeffri Damera rolunu oynayan Evan Piters) pərəstişkarları real cinayətkara qarşı da müsbət münasibət göstərirlər.
Araşdırma göstərib ki, bu fenomen xüsusilə TikTok istifadə edən Z nəsli qızları arasında geniş yayılıb. Sadəcə videonu görmək kifayət etmir; yalnız videonu sona qədər izləmək, bəyənmək və ya şərh yazmaq gibristofiliya riskini artırır.
Gələcəkdə tədqiqatçılar “Gibristofiliya Ölçəyi”ni təkmilləşdirməyi və araşdırmanı müxtəlif cinayət növləri və mədəni kontekstlər üzrə genişləndirməyi planlaşdırır. Məqsəd istifadəçilərin niyə yalnız rəqəmsal maraqla kifayətlənmədiyini və bəzilərində bu marağın real münasibətlərə çevrilə biləcəyini anlamaqdır.
Nilay