SOSIAL ÖZ XƏBƏR

Qazaxda “Yeni İşıqlandırma” adı altında köhnə dirəklər yenidən quraşdırılıb – Kimi aldatmağa çalışırlar? /FOTO+VİDEO

Xəbər verdiyimiz kimi, Qazaxda mərkəzi küçələrindən sökülən köhnə işıq dirəklərinin aqibəti bizi maraqlandırdı. Sən demə, küçələrdən sökülən dirəklər yenilənərək (qaynaq ("svarka") və boya ilə) üzərinə sellofan çəkilir və küçələrə yenidən düzülür. Bəziləri isə söküldükdə yararsız hala salındığı üçün bənzəri ilə (rayonda fəhlələrin əməyi ilə kopyalanmış) təzə kimi təqdim olunur. Bu barədə görüntülər redaksiyamızın qaynar xəttinə daxil edilmişdi. 

32gun.az redaksiya heyəti məsələyə yenidən toxunub və bir az fərqli aspektdən yanaşıb. 

Həmin yanaşmanı təqdim edirik: 
Qazax şəhərində aparılan “abadlıq və işıqlandırma” işləri görünüşdə yenilik, əslində isə saxtakarlıqdır. Şəhərin mərkəzi küçələrinə “təzə” adı ilə quraşdırılan işıq dirəkləri əslində köhnə metalın boyanıb bəzədilməsi ilə yenidən istifadəyə verilib.

 

Köhnə metal “təzə” adı ilə küçədə

Sökülən dirəklər boyanaraq və sellofanla örtülərək yenidən quraşdırılıb.

Foto və videolar qaynaq izləri, calaq yerləri və pas qalıqlarını açıq göstərir.

Bəzi dirəklərin alt hissələri tamamilə fərqli materialdan birləşdirilib, bu isə texniki baxımdan böyük təhlükə yaradır.
Belə saxtakarlıq dövlət vəsaitinin israfı, həm də sakinlərin təhlükəsizliyi üçün ciddi risk deməkdir.

Yenilənmə prosesi – harada və necə aparılır?

Məlumatlara görə, sökülmüş dirəklər Qazax şəhər inzibati ərazisində, Akif Vəliyə məxsus olduğu deyilən sahədə:

1. Qaynaq və bərpa işləri
2. Boya çəkilməsi
3. Sellofanla örtülərək küçəyə qaytarılması

 

Bu mərhələlərdə təhlükəsizlik və keyfiyyət standartlarına əməl olunmur, bəzi hallarda isə vəziyyət daha da risklidir.

Açıq təhlükə və büdcə israfı

Boyanmış və sellofanla örtülmüş dirəklər görünüşdə təzə olsa da, mexaniki və elektrik baxımından zəifdir.

Hər an qırılma və qəza riski mövcuddur.

Bu “yeniləmə” yalnız ictimai təhlükə və dövlət vəsaitinin israfıdır.


Aidiyyəti qurumlara çağırış

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Energetika Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi:

Məsələni yerində araşdırmalı

Faktları düzgün və şəffaf yoxlamalı

Vəsaitin istifadəsi və təhlükəsizlik standartlarına qanuni qiymət verməlidir

 

Dövlət və ictimaiyyət üçün önəmli mesaj

Qazaxda “yeni işıqlandırma” adı altında aparılan işlər yalnız büdcə israfı deyil, həm də ictimai təhlükədir.

Dövlətin vəsaitini sellofanla büküb küçəyə basdırmaq inkişaf deyil, hesabat xatirinə görülmüş saxta işdir.

Ölkə başçısının rayonların inkişafı üçün göstərdiyi səylər açıqdır, lakin bəzi məmurlar bu işlərə kölgə salmaqla məşğuldur.
Faktlar artıq mövcuddur və istənilən aidiyyəti qurum məsələni dərhal araşdırmalıdır.

Qeyd etmək lazımdır ki, Prezident ölkənin şəhər və rayonlarında infrastrukturun yenilənməsi, xüsusilə də küçə işıqlandırma sistemlərinin müasirləşdirilməsi və vətəndaşların təhlükəsizliyinin artırılması məsələsini daim diqqət mərkəzində saxlayır. Müxtəlif dövrlərdə paytaxtda və regionlarda işıqlandırma və nəqliyyat təhlükəsizliyi ilə bağlı layihələrin icrası istiqamətində mühüm tapşırıqlar verilib. Bu çərçivədə işıq sistemlərinin yenilənməsi, müasir texnologiyalarla təchiz olunmuş dirəklərin quraşdırılması və avtomatik idarəetmə mexanizmlərinin tətbiqi dövlət proqramlarının əsas istiqamətlərindən biridir. Prezidentin təşəbbüsü ilə “Təhlükəsiz Şəhər” proqramının əhatə dairəsinin genişləndirilməsi də planlaşdırılır. Sözügedən proqram çərçivəsində küçə və prospektlərin daha effektiv işıqlandırılması, xüsusilə yağışlı və qaranlıq hava şəraitində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda dövlət başçısı fövqəladə və qəza hallarında kommunal xidmətlərin operativ fəaliyyət göstərməsini xüsusi olaraq vurğulayıb. İşıqlandırma ilə bağlı yaranan nasazlıqların vaxtında aradan qaldırılması və belə halların minimuma endirilməsi həm sürücülərin, həm də piyadaların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan aidiyyəti qurumlar, xüsusilə də rayon icra hakimiyyətləri paytaxtın bəzi küçələrində işıq dirəklərinin niyə fəaliyyət göstərmədiyini aydınlaşdırmalı, məsuliyyətlərini dərk etməlidirlər. Əks halda, artıq artmaqda olan yol-nəqliyyat hadisələrinin daha ciddi fəsadlar törətməsi qaçılmaz olacaq.

Ayaz Musaköylü 

 

***

 

Oxşar Xəbərlər