Sosial şəbəkələrdə Bolt taksi xidməti ilə bağlı daha bir narazılıq paylaşılıb. Məlumata görə, hadisə Maştağa qəsəbəsində baş verib.
32gun.az bildirir ki, Vətəndaşın sözlərinə görə, sifariş zamanı gediş haqqı sürücünün kartına köçürülüb, lakin Bolt tətbiqi həmin məbləği yenidən tələb edib. Üstəlik, sürücü ödənişi aldıqdan sonra nə zənglərə cavab verib, nə də mesajlara baxıb.
İstifadəçi bildirib ki, bu, təkcə texniki nasazlıq deyil, həm də Bolt-un sürücülərinə nəzarətin zəifliyindən qaynaqlanır.
O, şirkətdən bu cür halların qarşısının alınması üçün daha ciddi nəzarət və məsuliyyət tədbirləri görməsini tələb edib.
Qeyd edək ki, son aylarda sosial şəbəkələrdə Bolt sürücüləri ilə bağlı oxşar şikayətlər — ödənişlərin təkrarlanması, ünsiyyət problemi və xidmət keyfiyyətinin zəifləməsi — tez-tez gündəmə gəlir.
Ayaz