ÖZ XƏBƏR

Azərbaycan Dövlət İqtisad Universiteti 2 milyon manatlıq İT infrastrukturu alacaq

Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsi İT infrastrukturu ilə bağlı malların və xidmətlərin satın alınmasını planlaşdırır.

32gun.az-ın məlumata görə, ehtimal olunan ümumi dəyər 2.055.792,83 manat təşkil edir.

Satınalma çərçivəsində 1 ədəd ehtiyyat məlumat saxlama sistemi (Purpose-Built Backup Appliance) alınacaq. Bu sistem rack üzərinə quraşdırılan 2U ölçüdə, 16TB aktiv və 80TB bulud həcmli olacaq, həmçinin 240TB-a qədər istifadə edilə bilən həcm və 11PB-a qədər genişlənmə imkanı təqdim edir. Sistem dedublikasiya texnologiyası ilə təmin olunacaq, məlumat ötürmə sürəti optimallaşdırılmış protokollar üzrə saatda minimum 24TB olacaq. Backup əməliyyatları zamanı eyni vaxtda 250 axını dəstəkləyəcək, qoşulma interfeysləri 4x25Gb Ethernet portu ilə təchiz olunacaq, enerji və soyutma sistemləri redundant olacaq.

Bundan əlavə, sistem üçün istehsalçının 3 illik NBD (növbəti biznes günü) texniki dəstəyi, quraşdırma və sazlama xidmətləri də satın alınacaq.

Şəbəkə avadanlığı kimi isə 2 ədəd yüksək performanslı kommutator alınacaq. Bu kommutatorların keçid tutumu 880 Gbps, throughput tutumu 654 Mpps olacaq, 24 ədəd 10G SFP+ və 4 ədəd 50G SFP56 portları ilə təchiz ediləcək. Kommutatorlar üçün 3 illik cloud idarəetmə lisenziyası da təmin olunacaq.

Eyni zamanda, şəbəkəyə giriş-çıxış nəzarəti üçün 2 ədəd Network Access Control (NAC) proqram təminatı alınacaq. Sistem virtual appliance formasında olacaq, müxtəlif avtorizasiya protokollarını və Active Directory, LDAP, SQL kimi sistemlərlə inteqrasiyanı dəstəkləyəcək.

AYaz

Oxşar Xəbərlər