Baltik ölkələrindən birinin adı açıqlanmayan xarici işlər naziri NATO ilə bağlı narahatlıqları səbəbindən bu il ABŞ-a yeddi dəfə səfər edib.
32gun.az xəbər verir ki, Bu barədə Financial Times (FT) nəşri nazirin özünə istinadən məlumat yayıb.
Məlumata görə, bu cür səfərlər adətən ildə iki dəfə həyata keçirilir. Lakin nazir bildirib ki, səfərlərin çoxluğu əsasən ABŞ prezidenti Donald Trampın NATO-ya münasibəti və regionda Rusiya ilə sərhəddə yaranan vəziyyətlə əlaqədardır. Nazir xüsusən ABŞ-ın NATO-nun beşinci maddəsi üzrə öhdəliklərinə sadiq qalacağına dair suallardan narahat olduğunu vurğulayıb.
Qeyd edək ki, NATO-nun beşinci maddəsinə əsasən, alyansa üzv ölkələrdən birinə silahlı hücum bütün ittifaqa edilmiş hücum kimi qiymətləndirilir.
FT yazır ki, bir çox siyasətçi və sahibkar Trampı açıq şəkildə tənqid etməkdən çəkinir, ona hörmət nümayiş etdirməyə üstünlük verir, lakin onun gələcək addımları, xüsusilə də Ukrayna ilə bağlı siyasəti barədə qeyri-müəyyənlik qalmaqdadır.
Ayaz