DÜNYA ÖZ XƏBƏR

Britaniyalı siyasətçi Trampın Putinə qarşı incikliyini açıqlayıb

Böyük Britaniyanın Reform UK partiyasının lideri Naycel Farage bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putinin onu “axmaq kimi göstərdiyini” düşünür.

32gun.az bildirir ki, bu barədə o, Bloomberg-ə açıqlama verib.

Farage-in sözlərinə görə, Tramp hazırda Putinə qarşı ciddi siyasi təzyiq göstərir və vəziyyətdən narazıdır. Siyasətçi əlavə edib ki, əvvəlcə Trampın Ukrayna münaqişəsinin tezliklə həllinə nail olacağına ümid edirdi. Farage misal olaraq İsrail və HƏMAS arasında əldə olunmuş atəşkəsi göstərib. Lakin o qeyd edib ki, “bu gözlənti özünü doğrultmur”.

Farage həmçinin bildirib ki, o, 15 il əvvəl Putinə siyasi lider kimi simpatiya bəslədiyini desə də, şəxsiyyət olaraq onu dəstəkləmədiyini vurğulayıb. Siyasətçi xatırladıb ki, 2014-cü ildə Avropa Parlamentində çıxışı zamanı Ukrayna ərazisində müharibənin başlayacağını əvvəlcədən proqnozlaşdırmışdı.

O, həmçinin Böyük Britaniya hərbçilərinin Ukraynaya göndərilməsinə ehtiyatla yanaşdığını və Tramp kimi “müharibəni qızışdıran tərəf” olmadığını bildirib.

Qeyd edək ki, 23 oktyabrda Ağ Evdən verilən açıqlamada ABŞ və Rusiya prezidentləri arasında görüşün hələ də mümkün olduğu, lakin belə görüşün yalnız real nəticə verəcəyi halda keçiriləcəyi bildirilib.

Ayaz 

Oxşar Xəbərlər