Sosial şəbəkələrdə Bravo Koroğlu hipermarketi ilə bağlı narazılıq yayılıb. İstifadəçi Ülkər Sanılı paylaşıb ki, mağazadan aldığı veşenka göbələyi qablaşdırmada yaxşı görünsə də, açıldıqdan sonra kök hissəsinin tamamən kiflə örtülü olduğu üzə çıxıb.
Onun sözlərinə görə, məhsulun üzərindəki istifadə tarixi də aktual olub — qablaşdırmada 21.10.2025 tarixi göstərilib, alış isə 22.10.2025 tarixində baş verib. Yəni məhsul son istifadə müddətini keçmədən kiflənib.
Müştəri qeyd edir ki, qablaşdırma açıldığı üçün məhsulu mağazaya geri qaytara bilməyib. O, Bravo supermarketinin məsələni görməsi üçün şirkətin sosial şəbəkə hesablarının işarələnməsini xahiş edib.
Şikayətçinin bildirdiyinə görə, əsas narahatlıq satılan məhsulların saxlanma şəraiti və keyfiyyətinə nəzarətlə bağlıdır.
Nilay