ÖZ XƏBƏR
Cərimələnmiş şirkət nazirliyin bu idarəsi ilə müqavilə bağlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” eşitmə aparatlarının alınması üzrə “Avaz Group” MMC ilə müqavilə bağlayıb.
32gun.az xəbər verir ki, tərəflər arasında bağlanmış müqavilənin dəyəri 925 399,9 manatdır.
Əldə etdiyimiz digər məlumata görə, qalib şirkətə Operativ vergi nəzarəti çərçivəsində nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarət nəticəsində 50 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Nilay