Nalbəkdə kişi həyətində atəş açaraq qızı yaraladı
Kabarıno-Balkariya Respublikasının paytaxtı Nalçikdə kişi təsadüfən naməlum qızı yaralayıb.
32gun.az xəbər verir ki, hadisə oktyabrın 29-da Kalinin küçəsindəki çoxmərtəbəli binanın həyətində baş verib.
1996-cı il təvəllüdlü şəxs əlindəki ov tüfəngi ilə həyətdə dayanarkən xuliqanlıq niyyəti ilə havaya bir neçə atəş açıb. Güllələrdən biri həmin an eyvanda dayanan 2007-ci il təvəllüdlü qıza dəyib. O, üz nahiyəsindən güllə yarası alıb və dərhal xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 213.2-ci maddəsi (xuliqanlıq) üzrə cinayət işi açılıb. İstintaq orqanları insidentin bütün təfərrüatlarını araşdırır.
Ayaz