ÖZ XƏBƏR

Bu şirkət Su və Meliorasiya İnstitutunun təmir işlərinin qalibi olub / Təsisçisi görün kimdir

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” Publik Hüquqi Şəxsi tərəfindən bir sıra təmir işlərinin görülməsi üzrə elan edilmiş satınalma başa çatıb.

 32gun.az xəbər verir ki, Satınalmada qalib şirkət “Atlantis Construction Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Təklif olunan qiymət 99 794,37 AZN təşkil edib.

Qalib şirkətin nizamnamə kapitalı cəmi 50 manatdır və onun rəhbəri Fərid Yusifli Cavanşir oğludur.

Qeyd olunur ki, şirkətin təsisçisi Süleymanov Toğrul Mahir oğludur və hazırda Xocəsən Bələdiyyəsində Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədridir.

Ayaz

Oxşar Xəbərlər