Sankt-Peterburqda bir kişi öz döyüş itini qadının üstünə qısqırdıb.
32gun.az bildirir ki, hadisə barədə 78.ru məlumat yayıb.
İnsident noyabrın 12-də axşam saatlarında Paraşüt küçəsində baş verib. Yerli sakinlərin sözlərinə görə, həmin kişi ərazi sakinlərinə çoxdan tanışdır, çünki o, davamlı olaraq qalmaqallı davranışına görə sosial şəbəkələrdə müzakirə olunur. Sakinlər onun insanlara itlə hücum etdirməsindən dəfələrlə şikayət ediblər.
Hadisənin şahidi İnna bildirib ki, bu dəfə kişi evli cütlüyə hücum edib — onun iti qadının üstünə atılaraq onu isterika vəziyyətinə salıb. Nəticədə ər-arvad yoldan keçənin köməyi ilə itdən qurtularaq yaxınlıqdakı mağazaya sığınıblar.
Jurnalistlərlə söhbətində it sahibi Andrey hadisəni spirtli içkinin təsiri ilə izah edib. Onun sözlərinə görə, “Arsen” adlı iti insanlara zərər verməz.
“Mənə çox utancvericidir, göz yaşlarımı saxlaya bilmirəm. Heç nə xatırlamıram, hər şey spirtin günahıdır. Mənə milyon dollar da versəniz, yenə də yadımda deyil,” – deyə o bildirib.
Hücumun qurbanı xəstəxanaya yerləşdirilib. Qadın deyib ki, hadisədən əvvəl Andrey ona və həyat yoldaşına qarşı təhqiramiz ifadələr işlədib, onları “buradan rədd olun” sözləri ilə qovmağa çalışıb.
“O, eynəyimi sındırdı, üzüm şişib, qan içindəydi, gödəkçəm və başlıqlı hissə tam cırılıb. Məni yerə yıxıb vururdu, başım da qan içində idi,” – deyə qadın bildirib.
Zərərçəkən polisə rəsmi ərizə yazacağını bildirib.
Ayaz