HADİSƏ
Gəncədə tələbəni avtobus vurdu
Gəncədə piyada yol qəzası zamanı xəsarət alıb.
32gun.az ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakini 2006-cı il təvəllüdlü A.Əlisgəndərovu vurub. Dərhal piyada xəstəxanaya yerləşdirilib. Məlumata görə, xəsarət alan piyada tələbədir.
Faktla bağlı araşdırma aparılır.