Yaycılının "Sirab Satış və Dağıtım" MMC-dən AÇIQLAMA - Borc ödəndi
“Sirab Satış və Dağıtım” MMC-nin dövlət qarşısında vergi borcunun olması barədə yayımladığımız xəbərin ardından şirkətdən 32gun.az redaksiyasına zəng edilərək mövzuya münasibət bildirilib.
Şirkətin rəsmisi qeyd edib ki, artıq qeyd olunan vergi borcu tam şəkildə ödənilib:
“Biz çalışan qədər borc saxlamırıq. Ay tamam olan kimi vergi ödənişlərimiz həyata keçirilir. Şirkət olaraq hər hansı vergi borcunun saxlanılmasına və ödənilməməsinə qarşıyıq.”

***2025-11-19 23:25:33
"Sirab Satış və Dağıtım" MMC-nin dövlət qarşısında vergi borcu mövcuddur.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, hazırda borcun məbləği 27 254,98 AZN təşkil edir.
Bildirək ki, nizamnamə kapitalı 1 milyon 400 min 10 manat olan "Sirab Satış və Dağıtım" MMC-nin qanuni təmsilçisi Mehmet Alper Yaycılıdır. O Türkiyənin məşhur iş adamlarındandır. Belə ki, "Yaycılı qardaşları" Türkiyədə yetərincə tanınan bir şirkətdir. Şirkətin əsası İğdırda qoyulub. Şirkətin əsasını qoyanlardan biri isə iş adamı İshaq Yaycılıdır. Mehmet Alper Yaycılı isə onun oğludur.
Ayxan

