ÖZ XƏBƏR
DOST Agentliyindən 25 minlik təlim
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Publik Hüquqi Şəxsi 25.735,80 AZN dəyərində təlim xidmətlərinin satın alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, təlimlər çərçivəsində iştirakçılar layihə idarə etmə bacarıqlarını inkişaf etdirəcək, layihənin mərhələlərini, məqsədlərin düzgün müəyyənləşdirilməsini və komanda idarəçiliyini öyrənəcək, konstruktiv rəy vermə və alma bacarıqlarını artıracaq, dəyişikliklərin idarə olunmasını və təşkilati dəyişikliklərin təsirini anlayacaq, qərarvermə prosesini və etik qərarverməni mənimsəyəcək, eləcə də böhran vəziyyətlərini idarə etmə və böhran kommunikasiya bacarıqlarını öyrənəcəklər.
Hər təlim 40 nəfər üçün, iki qrup şəklində keçiriləcək.
Ayaz