DÜNYA
Rubio Ukrayna üzrə sülh planının Avropa ilə müzakirəsinə başlayır
ABŞ dövlət katibi Marko Rubio noyabrın 21-də Avropa rəsmiləri ilə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün yeni Amerika planını müzakirə etmək niyyətindədir.
32gun.az The Wall Street Journal (WSJ) qəzetinə istinadən xəbər verir ki, eyni zamanda ABŞ-ın Milli təhlükəsizlik müşaviri olan Rubio milli təhlükəsizlikdən məsul olan yüksək vəzifəli Avropa rəsmiləri ilə müzakirələr aparacaq.
Nəşr qeyd edir ki, bir neçə yüksək vəzifəli Avropa diplomatı Ukrayna böhranının həlli üçün "hər hansı bir planla bağlı narahatlıqlarını bildirmək imkanı veriləcəyinə" ümid etdiklərini bildiriblər.