TARİXİ SÖZLƏR VƏ QƏLƏBƏ ANI -Hüzün və qürur dolu GÖRÜNTÜ
Ulu öndər Heydər Əliyevin illər əvvəl səsləndirdiyi “Azərbaycanın işğal olunmuş torpaqları azad olacaq, Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, öz ərazisinin sahibi olacaq, öz torpaqlarının sahibi olacaqdır” fikirləri ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində qələbə anını ifadə edən “Tapşırıq yerinə yetirildi, məruzə edir Ali Baş Komandan İlham Əliyev” sözlərinin montaj edilərək birləşdirildiyi video sosial şəbəkələrdə sürətlə viral olub.
32gun.az xəbər verir ki, görüntülərdə Heydər Əliyevin strateji uzaqgörənliyini ifadə edən tarixi çıxışı ilə Azərbaycan Ordusunun Zəfərini əks etdirən anların ardıcıl təqdimatı çoxsaylı izləyici tərəfindən yüksək maraqla qarşılanıb. Sosial media istifadəçiləri videonu geniş şəkildə paylaşaraq onun həm emosional təsirinə, həm də tarixi yaddaş baxımından əhəmiyyətinə diqqət çəkiblər.
Hazırlanan görüntülər qısa müddətdə müxtəlif platformalarda minlərlə baxış toplayaraq gündəmin ən çox paylaşılan videolarından birinə çevrilib.
Ayaz