ÖZ XƏBƏR

Bakı İnzibati Məhkəməsi Daşınmaz Əmlakla bağlı iddia ərizəsini geri qaytardı

Bakı İnzibati Məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbi ilə verilmiş iddia ərizəsini geri qaytarıb.

32gun.az xəbər verir ki, hakim Aysev Almazovanın sədrliyi ilə baxılan işdə iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 2396 nömrəli bağ sahəsinin öz adına qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi üçün müraciət etmişdi. İddiaçı vəkili və nümayəndəsi məhkəməyə təqdim etdikləri ərizə ilə iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdi.

Məhkəmə iş materiallarını araşdıraraq iddia ərizəsinin geri qaytarılmasına qərar verib. Qərarda vurğulanıb ki, iddiaçının prosessual marağı artıq mövcud olmadığı üçün iddianın baxılmasına ehtiyac yoxdur. Həmçinin qeyd olunub ki, iddiaçının məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olmur və istədiyi halda yenidən iddia qaldıra bilər.

Qərardad Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələri əsasında qəbul edilib və 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Ayaz

Oxşar Xəbərlər