Mədəniyyət Nazirliyindən 9 min manatlıq dezinfeksiya, dezinseksiya və deratizasiya
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” MMC dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin satınalmasını planlaşdırır.
32gun.az xəbər verir ki, satınalma “Sanitariya Epidemioloji Xidmətlər” MMC ilə həyata keçiriləcək. Tərəflər arasında bağlanacağı düşünülən müqavilənin dəyəri 9.097,8 AZN təşkil edir.
Xidmətlər Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, Nizami Kino Mərkəzi, C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ərazisində görüləcək. Ərazinin ölçüsü və tədbir sayı yerlərə görə dəyişir və dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərini əhatə edir.
Ayaz