DÜNYA
Ordu dövlət çevrilişi etdi: Prezident həbs olundu
Qvineya-Bisauda dövlət çevrilişi baş verir və ölkə prezidenti Umaru Sisoko Embalo hərbçilər tərəfindən saxlanılıb.
32gun.az xəbər verir ki, bu məlumatı prezidentin özü Jeune Afrique qəzetinə açıqlayıb. O, çevrilişin ordunun baş qərargah rəisi tərəfindən təşkil edildiyini bildirib.
Sisoko Embalo yerli vaxtla təxminən saat 13:00-da (Bakı vaxtı ilə saat 17:00) prezident sarayındakı ofisində həbs edilib.
Bundan əvvəl prezident sarayı ətrafında atışma başlandığına dair məlumat yayılmışdı.