İDMAN

Azərbaycan İdman Akademiyasının tələbələri VI İslam Həmrəyliyi Oyunlarında bürünc medala layiq görüldü

Azərbaycan İdman Akademiyasının tələbələri – 114A3 qrupundan Xədicə Həsənli, 215R3 qrupundan Nəzrin Mehdiyeva və 114R1 qrupundan Aynur Quliyeva Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma üzrə qadın şpaqaçıların komanda yarışında uğurlu çıxış edərək bürünc medal qazanıblar.

32gun.az xəbər verir ki, yarış boyunca yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirən tələbələrimiz Azərbaycan idmanının inkişafına öz töhfələrini veriblər. Onların bu uğuru həm Akademiya ailəsi, həm də ölkəmizin idman ictimaiyyəti üçün böyük fəxarət doğurur.

Azərbaycan İdman Akademiyasının rəhbərliyi və kollektivi medalçı tələbələrimizi səmimi qəlbdən təbrik edir, onların gələcək yarışlarda daha böyük nailiyyətlər əldə edəcəklərinə inanır və yeni qələbələr arzulayır.

 

Oxşar Xəbərlər