DÜNYA ÖZ XƏBƏR

Naməlum şəxs bıçaqla polis əməkdaşlarına hücum etdi

Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən nəzarət-buraxılış məntəqəsində polis əməkdaşlarına naməlum bir şəxsin bıçaqla hücum etməsi qeydə alınıb.

32gun.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, polis əməkdaşları təhlükəni aradan qaldırmaq üçün silah tətbiq edərək həmin şəxsi zərərsizləşdiriblər.

“Məlumata əsasən, saat 21:00 radələrində Cemikentski postunda xidmət aparan polis əməkdaşlarına bıçaqla silahlanmış şəxs hücum edib. Federal qanunvericilik çərçivəsində polis əməkdaşları avtomat silahlardan istifadə edərək təcavüzkarı dayandırıblar. Şəxs aldığı güllə yaralarından hadisə yerində ölüb”, — məlumatda qeyd olunur.

Hadisə zamanı polis əməkdaşları arasında xəsarət alan olmayıb. Hücumun motivləri araşdırılır və məsələ ilə bağlı operativ tədbirlər davam etdirilir.

Ayaz 

Oxşar Xəbərlər