ÖZ XƏBƏR

ATU-nin Tədris Cərrahiyyə Klinikasından təsərrüfat malları üçün 47 min

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası təsərrüfat mallarının satın alınması üzrə tenderə çıxıb.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 47.611,90 AZN təşkil edir və müqavilə çərçivəsində müxtəlif su təchizatı və sanitariya avadanlıqları alınacaq. Alınacaq mallar arasında:

  • Tulpan və mətbəx smesitelləri

  • Lüləklər, duş aftafaları və başlıqları ilə birgə şlanqlar

  • Arko kranlar

  • Sifon qarmoşkalar (tulpan və unitaz üçün)

  • Metal və smesitel şlanqları

  • Tangit borular və digər sanitariya komponentləri

Qeyd edək ki, tender klinikanın gündəlik fəaliyyətində istifadə olunan su və sanitariya avadanlıqlarının yenilənməsi və texniki vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.

Ayaz

Oxşar Xəbərlər