ÖZ XƏBƏR

ADNSU təsərrüfat işçiləri üçün xüsusi geyimlər alır – 29 min AZN-ə

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) təsərrüfat şöbəsində çalışan əməkdaşlar üçün xüsusi geyimlərin alınması ilə bağlı növbəti satınalma prosedurunu yekunlaşdırıb.

32gun.az xəbər verir ki, tenderin qalibi “MY VMR UNIFORM” MMC olub. Müqavilənin ümumi dəyəri 29.459,88 manat təşkil edir.

Satınalma çərçivəsində həm fəhlələr, həm də xadimələr üçün müxtəlif mövsümlərə uyğun geyim və ayaqqabı dəstləri nəzərdə tutulub. Sifarişə aşağıdakılar daxildir:

– 35 ədəd su keçirməz parça ilə hazırlanmış fəhlə qış gödəkcəsi
– 35 dəst payız-qış fəhlə kostyumu
– 61 cüt xadimə çəkməsi (payız-qış)
– 35 dəst yaz-yay fəhlə kostyumu
– 35 ədəd yaz-yay fəhlə gödəkcəsi
– 35 ədəd qısaqol yaz-yay köynəyi
– 35 cüt yay fəhlə çəkməsi
– 35 ədəd uzunqol qış köynəyi
– 35 cüt payız-qış fəhlə çəkməsi
– 35 cüt rezin uzunboğaz çəkmə
– 61 dəst yaz-yay xadimə kostyumu
– 61 cüt xadimə çəkməsi
– 61 dəst payız-qış xadimə kostyumu

Geyimlərin hamısı sifarişçinin tələb etdiyi rəng və dizaynda, müxtəlif parça və materiallardan hazırlanacaq.

Nilay

Oxşar Xəbərlər