BDU-da 170 min manatı görün nəyə xərcləmək istəyirlər
Bakı Dövlət Universiteti (BDU) 2024-cü il üzrə bir neçə istiqamətdə yeni satınalma prosedurları başladıb.
32gun.az xəbər verir ki, universitet müxtəlif xidmət və məhsullar üçün üç ayrı ehtimal olunan qiymət açıqlayıb.
İlk tender 2024-cü ilin maliyyə hesabatlarına rəy verilməsi məqsədilə auditor xidmətlərinin alınmasına aiddir. Bu xidmət üçün ehtimal olunan məbləğ 75.520 manat olaraq göstərilib.
Digər satınalma isə BDU-nun laboratoriyaları üçün reaktivlərin alınması ilə bağlıdır. Bu istiqamət üzrə ehtimal olunan dəyər 50.330,54 manat təşkil edir.
Üçüncü satınalma sanitariya-epidemioloji xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub. Universitet bu xidmətin ehtimal olunan qiymətini 45.036,35 manat olaraq müəyyən edib.
Beləliklə, BDU-nun bu üç istiqamətdə açıqladığı ehtimal olunan ümumi satınalma dəyəri 170 min manata yaxındır. Universitet yaxın günlərdə həmin tenderlərin qaliblərini müəyyənləşdirəcək.
Ayaz