ÖZ XƏBƏR

ATU elektron sistemini yeniləyir – 259 min manatlıq texniki satınalma elan edildi

Azərbaycan Tibb Universiteti (ATU) 2026-cı il üzrə elektron səhifəsinin tam yenilənməsi, lisenziyaların alınması və daxili sistemlərlə inteqrasiyaların qurulması məqsədilə yeni iri həcmli satınalma elan edib.

32gun.az xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 259.224,80 manat təşkil edir.

Satınalma texniki infrastrukturun yenilənməsi və universitetin rəqəmsal xidmətlərinin təkmilləşdirilməsini əhatə edir. Sifarişə aşağıdakılar daxildir:

Proqram təminatına dəstək – 12 ay
Server kirayəsi – 3 ədəd, 12 ay
İnfrastruktur üzrə texniki dəstək – 12 ay
Veb tətbiq fayrvolu (WAF) – 1 ədəd
WAF üzrə texniki dəstək – 12 ay
Sectigo EnterpriseSSL Pro EV MDC sertifikatı – 12 ay
– və digər texniki komponentlər

ATU-nun bu layihə ilə universitetin elektron xidmətlərini daha təhlükəsiz, dayanıqlı və modern platformaya keçirməyi hədəflədiyi bildirilir. Satınalmanın qalibi yaxın zamanda müəyyən olunacaq.

Ayaz

Oxşar Xəbərlər