ÖZ XƏBƏR

AMEA-da 25 minlik dezinfeksiya-təmir xidməti – İşlər “STORM-ENGINEERING” MMC-yə həvalə olundu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bina daxili elektrik təsərrüfatlarında əsaslı təmir işləri və sanitar-profilaktik xidmətlərin göstərilməsi ilə bağlı yeni satınalma həyata keçirib.

32gun.az xəbər verir ki, tenderin qalibi “STORM-ENGINEERING” MMC olub. Bağlanmış müqavilənin dəyəri 24.966,44 manat təşkil edir. Satınalma çərçivəsində bir il ərzində aşağıdakı xidmətlərin göstərilməsi nəzərdə tutulur:

Dezinfeksiya – 38.800 m² sahə üzrə (12 ay)
Dezinseksiya – 57.000 m² sahə üzrə (12 ay)
Deratizasiya – 57.000 m² sahə üzrə (12 ay)

Qeyd edək ki, xidmətlərdə təmizlik səviyyəsi 75–100% aralığında göstərilib.

AMEA-nın bu satınalması institut və laboratoriyaların fəaliyyətinin sanitar təhlükəsizliyinin təmin olunmasına yönəldilib.

Nilay

Oxşar Xəbərlər