ÖZ XƏBƏR

Oğuz İcra Hakimiyyəti 12 min manatlıq kompüter və avadanlıq alır 

Oğuz Rayon İcra Hakimiyyəti “kompüter və digər maşın avadanlıqlarının alınması” ilə bağlı keçirdiyi satınalmaya yekun vurub.

32gun.az xəbər verir ki, tenderin qalibi “DigitalPartner” MMC seçilib. Müqavilənin dəyəri 11.988,8 manat təşkil edir.

Sifarişə həm kompüter texnikası, həm də digər ofis və idarəetmə avadanlıqları daxildir. Alınacaq məhsullar sırasında bunlar yer alır:

3 ədəd masaüstü kompüter dəsti – Intel Core i5-13420H prosessorlu, 8 GB DDR5 RAM-lı, 512 GB SSD yaddaşlı, 24 düymlük 100Hz IPS monitorla komplekt, orijinal Windows 11 Pro və Office ilə;
2 ədəd su dispenseri – 5L+2L isti-soyuq sistemli;
1 ədəd şəxsiyyət vəsiqəsi oxuyucu cihaz – ISO/IEC 7816 və EMV standartlarını dəstəkləyən, 600 kbps-ə qədər oxuma sürətli;
1 ədəd monoblok kompüter – i7 13-cü nəsil prosessorlu, 8 GB RAM, 512 GB NVMe SSD, 24 düym IPS ekranlı, Windows 11 Pro və Office-lə;
1 ədəd 43 düymlük 4K UHD televizor – 2024 istehsalı, LED, Smart TV funksiyalı;
1 ədəd pultla idarə olunan elektron qapı kilidi.

Sifariş üçün həm kompüter dəstləri, həm də monoblok cihazlar üzrə istehsalçıların Azərbaycanda rəsmi servis mərkəzlərinin olması, həmçinin IDC və Gartner reytinqlərinə uyğun olaraq qlobal bazarda ilk 3-lükdə yer alması kimi əlavə tələblər irəli sürülüb.

Ayaz

Oxşar Xəbərlər