ÖZ XƏBƏR

Regional Su Meliorasiya Xidmətindən Cəlilabadda 5 kanalizasiya nasos stansiyasının bərpası - 352 min manat ayırdı

Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsi Cəlilabad şəhərində yerləşən 5 ədəd kanalizasiya nasos stansiyasının istismarının bərpası işlərini həyata keçirmək üçün yeni satınalma elan edib.

32gun.az xəbər verir ki, işlərin ehtimal olunan dəyəri 352.200,50 manat təşkil edir.

Layihə çərçivəsində nasos stansiyalarının texniki vəziyyətinin yaxşılaşdırılması, fəaliyyətlərinin dayanıqlığının təmin edilməsi və şəhər infrastrukturunun effektiv işləməsi hədəflənir. Satınalmanın qalibi yaxın günlərdə müəyyənləşdiriləcək.

Ayaz

Oxşar Xəbərlər