ÖZ XƏBƏR

Azərbaycanın Tarixi Yaddaşı: Seyidağa Mövsümlünün Fotosu Sosial Şəbəkələrdə Paylaşılıb

Sosial şəbəkələrdə Azərbaycanın ilk hərbi operatoru və Qarabağ qazisi Seyidağa Mövsümlünün (1954, Ucar – 2018, Bakı) fotosu paylaşılıb.

32gun.az bildirir ki, Fotoya istifadəçilər geniş rəylər yazaraq Mövsümlünün xidmətlərini xatırlayıblar.

Mövsümlü, hərbi operator kimi, Azərbaycan tarixində Xocalı soyqırımını lentə alan ilk şəxslərdən biri kimi tanınır. Eyni zamanda televiziyada “Səni axtarıram”, “Səndən xəbərsiz” və digər sevimli tamaşaların operatoru kimi geniş auditoriya tərəfindən sevilib.

Paylaşılan foto sosial şəbəkələrdə böyük maraq doğurub və izləyicilər onun Azərbaycan tarixinə və mədəniyyətinə verdiyi töhfələri qeyd ediblər.

Nilay 

Oxşar Xəbərlər