AMEA 2026-cı il üçün mühafizə xidmətinə 493 min manat ayırır
Azərbaycan Milli Elmlər Akademiyası 2026-cı il üzrə mühafizə xidmətlərinin satın alınması ilə bağlı tender elan edib. Satınalmanın ehtimal olunan dəyəri 493.327,89 AZN təşkil edir.
32gun.az xəbər verir ki, mühafizə xidməti Akademiyanın müxtəlif obyektlərini – Akademiya şəhərciyini, Mərkəzi Elmi Kitabxananı və yataqxananı əhatə edəcək. Təqdim olunan texniki tapşırıqda hər bir istiqamət üzrə tələb olunan personal sayı da göstərilib.
Hesabata əsasən:
-
Xidmət rəisi – 1 nəfər (12 aylıq)
-
Növbə rəisi – Akademiya şəhərciyi üzrə 2 nəfər
-
Növbə rəisi – Mərkəzi Elmi Kitabxana üzrə 1 nəfər
-
Növbə rəisi – AMEA Yataqxanası üzrə 1 nəfər
-
Mühafizəçi – Akademiya şəhərciyi üzrə 29 nəfər
-
Mühafizəçi – Mərkəzi Elmi Kitabxana üzrə 17 nəfər
-
Mühafizəçi – AMEA Yataqxanası üzrə 3 nəfər
-
Patrul əməkdaşı – Akademiya şəhərciyi üzrə 2 nəfər
-
Patrul əməkdaşı – AMEA Yataqxanası üzrə 1 nəfər
Ümumilikdə 57 nəfərlik mühafizə heyətinin illik təminatı nəzərdə tutulur.
AMEA-nın bu xidmətləri kimin vasitəsilə alacağı və müqavilənin dəqiq məbləği isə müsabiqə başa çatdıqdan sonra bəlli olacaq. 32gun.az tender prosesini izləməkdə davam edir.
Ayaz