“Azəristiliktəchizat”ın 107 minlik tenderi baş tutmadı
“Azəristiliktəchizat” ASC qazanxana və istilik şəbəkələrinin istismarı üçün nəzərdə tutulan nəzarət-ölçü cihazları, avtomatika avadanlıqları və onların ehtiyat hissələrinin satınalınmasına dair elan etdiyi tenderi ləğv edib.
32gun.az xəbər verir ki,107.392,39 AZN məbləğində qiymətləndirilən satınalma proseduru təchizatçı sayının azlığı səbəbindən qüvvədən düşüb. Qanunun tələbinə əsasən, tenderdə təklif və təminat təqdim edən, həmçinin tələb olunan lisenziyaya malik olan iştirakçıların sayı üçdən az olduğu üçün (36.1.1) proses davam etdirilməyib.
Ləğv mətni rəsmi şəkildə belə qeyd olunub:
“Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən açıq tender ləğv edilir.”
Hazırda tenderin yenidən elan olunub-olunmayacağı barədə məlumat verilməyib.
Ayaz