ÖZ XƏBƏR
Məcburi köçkünlər üçün evlərin təmirinə ayrılan tenderi 20 manatlıq şirkət qazandı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmirinə dair tenderi yekunlaşdırıb.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “FINACCO” MMC olub və şirkət ilə 283.310,35 AZN dəyərində müqavilənin imzalanacağı gözlənilir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, tenderi udan MMC-nin nizamnamə kapitalı cəmi 20 manatdır. Şirkətin qanuni təmsilçisi Şahin Hüseynov Rəmiyyəddin oğludur.
Təmir işlərinin hansı müddətdə və hansı mərhələdə icra olunacağı ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Ayaz