ÖZ XƏBƏR
“Azərxalça” ASC-nin xammal alışı üzrə müsabiqə ləğv edilib
“AZƏRXALÇA” Açıq Səhmdar Cəmiyyətinin yun və pambıq xammalının satın alınması ilə bağlı elan etdiyi müsabiqə ləğv olunub.
32gun.az xəbər verir ki, müsabiqənin 19 dekabr 2025-ci il tarixində, saat 14:52-də ləğv edildiyi açıqlanıb.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı qanunvericiliklə müəyyən edilmiş minimum həddən – üçdən az olub. Bu səbəbdən müsabiqə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib.
Qeyd edək ki, müsabiqə üzrə ehtimal olunan qiymət 159 min 449 manat 33 qəpik təşkil edib.
Ayaz