ÖZ XƏBƏR

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətində təmir müsabiqəsi ləğv edilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin nəqliyyat vasitələrinin cari təmiri xərcləri ilə bağlı elan etdiyi müsabiqə ləğv olunub.

32gun.az xəbər verir ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziya və icazəyə malik olan təchizatçıların sayı qanunvericilikdə nəzərdə tutulmuş minimum – üçdən az olub. Bu səbəbdən müsabiqə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən ləğv edilib.

Qeyd edək ki, müsabiqə üzrə ehtimal olunan qiymət 112 min 498 manat təşkil edirdi.

Ayaz

Oxşar Xəbərlər