ÖZ XƏBƏR
Səhiyyə nazirliyinin bu tenderi ləğv edildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən elan edilmiş Zəngilan Rayon Mərkəzi Xəstəxanasının (91 çarpayılıq) tikintisi üzrə hazırlıq işlərinin – müvəqqəti bina və qurğuların – satınalma müsabiqəsi ləğv olunub.
32gun.az xəbər verir ki, müsabiqənin ləğv edilmə səbəbi nəzarət orqanının qərarı ilə bağlıdır. Bu satınalma üzrə ehtimal olunan qiymət 1 milyon 212 min 329 manat 64 qəpik təşkil edirdi.
Ayaz