ÖZ XƏBƏR
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kartric xərclərini artırır: 118 min manat
“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi növbəti satınalma elanını açıqlayıb.
32gun.az xəbər verir ki, qurumda istifadə olunan printer kartriclərinin dolumu və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Bu xidmət üzrə ehtimal olunan qiymət 118.545,46 manat təşkil edir. Satınalmada iştirak etmək istəyən şirkətlər üçün müəyyən edilmiş iştirak haqqı isə 250 manatdır.
Qeyd edək ki, sadə texniki xidmətlər üçün bu həcmdə vəsait ayrılması dövlət qurumlarının xərcləmə siyasəti ilə bağlı növbəti sualları gündəmə gətirir.
Ayaz