ÖZ XƏBƏR

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı promo və çap məhsullarını 7,3 min manata alıb

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı promo və çap mal-materiallarının satın alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.

32gun.az xəbər verir ki, Tenderin qalibi “MAX OFSET” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 7.324,85 AZN məbləğində müqavilə bağlanıb.

Müqaviləyə əsasən, hospital üçün üzəri qızılı MGH loqo basqılı göy rəngli qələmlər və bloknotlar, divardan asılan və masaüstü kalendarlar, eləcə də A3 və A4 formatlı müxtəlif tibbi blankların (təcili yardım təyinat vərəqəsi, konsultasiya vərəqi və s.) çapı nəzərdə tutulur. Satınalma çərçivəsində minlərlə ədəd çap məhsulunun təhvil verilməsi planlaşdırılır.

Ayaz

Oxşar Xəbərlər