ÖZ XƏBƏR

MİDA 350 min manatı görün nəyə ayırdı

MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti balansında olan nəqliyyat vasitələrinə texniki xidmətlərin göstərilməsi ilə bağlı satınalma proseduruna başlayıb.

32gun.az xəbər verir ki, müvafiq xidmətin ehtimal olunan qiyməti 350.439,35 AZN olaraq müəyyən edilib.

Məlumata görə, satınalma çərçivəsində “MİDA” MMC-yə məxsus avtomobillərə texniki xidmətlərin göstərilməsi nəzərdə tutulur. Xidmət bir lot üzrə həyata keçiriləcək və müqavilə əsasında icra olunacaq.

Qeyd edək ki, sözügedən satınalma “MİDA” MMC-nin nəqliyyat parkının istismar vəziyyətinin qorunması və fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədi daşıyır.

Ayaz

Oxşar Xəbərlər