ÖZ XƏBƏR
Elm və Təhsil Nazirliyinin bu idarəsi 7.5 milyonu görün nəyə xərcləmək istəyir
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2026-cı il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətlərinin satın alınması üzrə planlaşdırılan xərcləri açıqlayıb.
32gun.az xəbər verir ki, ehtimal olunan qiymət 7.522.918,57 AZN təşkil edir.
Satınalmanın məqsədi məktəb və digər təhsil müəssisələrində təhlükəsizlik və mühafizə tədbirlərinin təmin olunmasıdır. Lakin belə böyük məbləğin dövlət büdcəsindən ayrılması ictimaiyyətin diqqətində ciddi suallar yaradır.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Valeh Mirzəliyevdir.
Ayaz