ÖZ XƏBƏR

Azərbaycan Texnologiya Universitetinin dosenti  vəfat edib

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti, görkəmli alim Urxan Cəlil oğlu Mehdiyev vəfat edib.

32gun.az-ın Məlumatın görə, Urxan Mehdiyev 26 dekabr 2025-ci il tarixində səhər saatlarında dünyasını dəyişib.
O, Azərbaycanda qida mühəndisliyinin inkişafı və təbliği sahəsində müstəsna xidmətləri olan alimlərdən biri kimi tanınıb. Uzun illər pedaqoji və elmi fəaliyyətlə məşğul olan Urxan Mehdiyev yüzlərlə tələbənin formalaşmasında, ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edib. Elmi araşdırmaları və ictimai fəaliyyəti ilə həm akademik mühitdə, həm də cəmiyyət arasında böyük hörmət qazanıb.
Urxan Mehdiyevin vəfatı Azərbaycan elmi ictimaiyyəti üçün ağır itki hesab olunur.
Allah rəhmət eləsin, ruhu şad olsun.

Azər

Oxşar Xəbərlər