ÖZ XƏBƏR

Göylərin əbədi sakini: Şəhid dtüardessa Hökumə Əliyevanın FOTOSU QƏLBLƏRİ GÖYNƏTDİ

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan baş bələdçi Hökumə Əliyevanın son günlərdə paylaşılan fotosu sosial şəbəkələrdə böyük hüzün və rəğbətlə qarşılanıb.

32gun.az bildirir ki, bu kədərli fotoşəkil gənc bir ömrün yarımçıq qalan arzularının və fədakar bir peşə sahibinin son baxışlarının rəmzinə çevrilib. Fotoda əks olunan səmimiyyət və nurani sima, onu tanıyan-tanımayan hər kəsi dərindən sarsıdıb. İnsanlar bu paylaşımın altında minlərlə şərh yazaraq, Hökumə Əliyevanı "göylərin mələyi" və "fədakarlıq nümunəsi" kimi anıblar.

Hökumə Əliyeva təkcə öz peşəsini sevən bir mütəxəssis deyil, həm də yüksək təhsilli bir gənc idi. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini yüksək balla bitirən və doktorantura pilləsində təhsilini davam etdirən Hökumə, gələcəyin perspektivli hüquqşünaslarından biri olmağa hazırlaşırdı. Lakin tale onun ömür yolunu göylərdə, xidmət başında tamamladı.

Qəza anında sərnişinlərə göstərdiyi qayğı və son ana qədər nümayiş etdirdiyi soyuqqanlılıq onu Azərbaycan xalqının qəlbində əbədi qəhrəmana çevirdi. Onun ölümündən sonra layiq görüldüyü yüksək dövlət təltifləri və II Fəxri xiyabanda dəfn olunması, dövlətimizin və xalqımızın bu fədakar qıza olan sonsuz ehtiramının göstəricisidir.

Bu gün paylaşılan hər bir foto, Hökumə Əliyevanın simasında vəzifə borcunu canı bahasına yerinə yetirən bütün aviasiya işçilərinin əziz xatirəsinə ucaldılan mənəvi bir abidədir.

Allah rəhmət eləsin!

Nilay 

Oxşar Xəbərlər