Məşhur britaniyalı futbolçu Devid Bekhemin və dizayner Viktoriya Bekhemin böyük oğlu Bruklin Bekhem valideynləri ilə ünsiyyət formatını köklü şəkildə dəyişmək qərarına gəlib.
32gun.az xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.
26 yaşlı Bruklin valideynlərinə rəsmi hüquqi bildiriş göndərib. Sənəddə onlardan onunla birbaşa hər cür əlaqəni dayandırmaları və yalnız nümayəndələri vasitəsilə ünsiyyət qurmaları tələb olunur. Bundan əlavə, Bruklin valideynlərindən onunla bağlı açıq bəyanatlar verməmələrini və sosial şəbəkələr üzərindən ona müraciət etməmələrini xahiş edib.
Mənbələrin bildirdiyinə görə, bu qərar mətbuatda yayımlanan və Bruklin Bekhem ilə həyat yoldaşı, aktrisa Nikola Peltsin nüfuzuna xələl gətirdiyini düşündükləri bir sıra yazılardan sonra qəbul edilib.
Qeyd olunur ki, ailədaxili gərginlik uzun müddətdir davam edir. Cütlüyün 2022-ci ildə baş tutan toyu və Bruklinin Pelts-Bekhem soyadını qəbul etməsi münasibətlərin yaxşılaşmasına səbəb olmayıb. Bruklin və Nikola ailə üçün önəmli tədbirləri, o cümlədən 2025-ci ilin yazında Devid Bekhemin 50 illik yubileyini və onun cəngavər tituluna layiq görüldüyü mərasimi də diqqətsiz qoyublar.
Ayaz