BMT-nin baş katibi Antonio Quterreş Dünya Təşkilatına üzv ölkələri özlərinin yaratdığı beynəlxalq hüquqa hörmət etməyə çağırıb.
32gun.az yazır ki, bu barədə onun nümayəndəsi Stefan Düjarrik ABŞ Prezidenti Donald Trampın “belə qanunlara ehtiyacım yoxdur” açıqlamasına münasibət bildirərkən deyib. Məlumatı RIA Novosti yayıb.
Düjarrikin sözlərinə görə, Quterreşin mövqeyi bütün üzv dövlətlərə ünvanlanan çağırışın daha da gücləndirilməsindən ibarətdir:
“Onun reaksiyası üzv dövlətlərə özlərinin yaratdığı beynəlxalq hüquqa hörmət etməyin vacibliyi ilə bağlı mesajını ikiqat gücləndirməkdir”, – deyə Düjarrik bildirib.
Qeyd edək ki, 8 yanvar tarixində ABŞ prezidenti jurnalistlərlə söhbəti zamanı səlahiyyətlərinə qoyduğu məhdudiyyətləri beynəlxalq hüquqa deyil, yalnız şəxsi mənəvi prinsiplərinə əsaslandırdığını deyib. Trampın sözlərinə görə, insanlara zərər vermək niyyətində olmadığı üçün beynəlxalq normaları nəzərə almağa ehtiyac duymur.
Eyni zamanda ABŞ lideri digər ölkələri təzyiq altında saxlamaq məqsədilə hərbi addımlara tez əl ata bilən, gözlənilməz şəxs imicindən şüurlu şəkildə istifadə etdiyini də açıq şəkildə ifadə edib.
Ayaz